Maqazin 23:16 24.03.2015

Azərbaycanlı müğənni erotik klipini təqdim etdi - FOTO/VİDEO

Gənc müğənni Ceyla “Bilsən” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Klipdə müğənni cəsarətli addımı ilə diqqəti cəlb etməyi bacarıb.
 
Müğənni klipə kürəyinə döymə döydürməklə başlayır. Ağrını və yaşadığı hissləri klipdə tam görmək mümkündür. Daha sonra isə ifaçı hamamda çimərkən kamera qarşısına keçib.
 
Azərbaycanda isə ilk dəfə bu cəsarətli addımı illər əvvəl Aygün Kazımova “Qoy işığı söndürüm” klipində gerçəkləşdirib.
 
Ceylanın yeni klipinin rejissoru Anar Hüseynovdur. Mahnının sözləri Leyliyə, musiqisi isə Hakan Erola məxsusdur.
 
Qaynar.info publika.az-a istinadən həmin klipi təqdim edir.



Qaynar.info