Video 16:40 17.09.2020

Azərbaycanlı müğənni hava limanında döyüldü (VİDEO)

Müğənni Elnar Xəlilov döyülüb.

Qaynarinfo xəbər verir ki, ifaçının döyüldüyü anın görüntüləri "Space” TV-də yayımlanan "Gəl dərdini danış” proqramında yayımlanıb.

Verilişdə açıqlama verən Elnar Xəlilov bildirib ki, hadisə hava limanında baş verib. Müğənni maşınını saxlamaq istəyərkən Anar adlı sürücü ilə aralarında mübahisə yaranıb. Daha sonra isə onlar əlbəyaxa dava ediblər.

Əraziyə polis əməkdaşları gəlib. Onlar polis şöbəsinə aparılıb. Proqram zamanı E.Xəlilov prosesin hüquqi baxımdan düzgün aparılmadığını qeyd edərək efirdən Vilayət Eyvazova müraciət edib.