Azərbaycanlı müğənni Təranə Monbarbut Parisdə konsert proqramı ilə çıxış edəcək.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, "Azərbaycanın ruhu” adlanan konsert proqramı 21 yanvar, 4 və 11 fevral, 18 mart və 8 aprel tarixlərində Parisin "Pixel" Teatrında baş tutacaq.
T.Monbarbut Azərbaycan və fransız dillərində ifa edəcəyi 15 musiqi ilə fransalı musiqisevərləri Odlar diyarına musiqili, virtual səyahətə dəvət edəcək.
Şərhlər