Foto 11:52 02.06.2018

Azərbaycanlı müğənnilər qəzaya düşdü: hər ikisi ağır xəsarət alıb (FOTO)

Məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə bu gecə avtomobil qəzasına düşüb. 

Qaynarinfo xəbərçi.az-a istinadən xəbər verir ki, yağışlı havada yol sürüşkən olduğu üçün qəza şəraiti yaranıb. 

Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.

Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.  

Qeyd edək ki, gənc ifaçı Zeynəb Həsənli meyxanaçı Vasif Əzimovla dueti ilə gündəmə gəlmişdir.