Maqazin 12:35 07.04.2019

Azərbaycanlı müğənninin atası vəfat etdi (FOTO)

Müğənni Murad Arifin ailəsində ağır itki üz verib. 
 
Qaynarinfo xəbər verir ki, sənətçinin atası Arif bəy dünyasını dəyişib. Bu haqda Murad özü sosial şəbəkədə paylaşım edib. 

O, atası ilə fotosunu yerləşdirərək "Papa, bu da son... Gözəl insan, gözəl ata oldun... Haqqını halal et" deyə, paylaşımında qeyd edib.