Video 16:15 28.03.2018

Azərbaycanlı müğənninin evindən cadu tapıldı (VİDEO)

Azərbaycanlı müğənni Sevda Kazımovanın evindən cadu tapılıb. 

Qaynarinfo xəbər verir ki, ifaçı bu barədə "APA TV”-nin "Show time” verilişində danışıb. O bildirib ki, heç bir zaman caduya inanmır: "Mən heç bir zaman baxıcı yanına getməmişəm. Amma 1 dəfə ekstrasens Nadimlə Qusarda görüşdük. Söz verdi ki, mənə baxacaq, amma gəlmədi. Elə ona görə də ekstrasenslərə inanmadım. Sözün düzü ekstrasensə baxdırmamışam deyə inanmıram, baxdırsaydım, bəlkə də inanardım. Məni inandıra bilsin. Psixalogiyanı yaxşı bildiyimə görə məni aldatmaq çətindi. Mənim evimdən cadular da tapılıb. Cadunu tapandan sonra dedilər ki, onu yandırmaq, murdarlamaq lazımdı”.

Müğənninin sözlərindən sonra ekstrasens Nadim "İlk görüşdə sizi özümə inandıra bildim. İnandıra bilməsəydim mənlə yenidən görüşmək istəməzdiniz” sözlərini əlavə edib.