Foto 11:35 18.12.2018

Azərbaycanlı müğənninin evləri əlindən çıxdı: "Müflis oldum" (FOTOLAR)

"5/5"də qonaq olan Mənzurə Musayeva "bankrot" olduğunu açıqlayıb.

Xanım ifaçı Zaurun "Şəhərin 10 yerində evi var" sözləri Mənzurənin həqiqəti açıqlamasına səbəb olub.

Müğənni iki evini qurmaq istədiyi biznesə görə "batırdığını" bildirib:

"Elə bilərlər, doğurdan, mənim o qədər evim var. "Bankrot" oldum, hamısı getdi. İndi şəhərdə iki evim var. "Bankrot" olduğum üçün ikisini satmışam. Bir iş görürdüm, alınmadı. Karyer açacaqdım, o vaxt müflis oldum. Evləri satdım ki, nəsə edim, o da alınmadı".  (milli.az)