Maqazin 13:24 18.09.2014

Azərbaycanlı müğənninin “İnstaqram” QALMAQALI

Müğənni Elvin Abdullayev instaqramda yazılan rəyə görə dava edib.

Aktual.az-ın məlumatına görə, gənc müğənni Elvin Abdullayevlə “instaqram”da ona xoşəgəlməz rəy yazan şəxs arasında mübahisə olub: “Məhkəməyə müraciət etmirəm, kişi kimi gedib söhbətimi edirəm. Döymüşəm də, döyülmüşəm də. Çox olub. Kim ki, döyülməyini boynuna almırsa, deməli o, heç vaxt döyməyib, döyülüb”.

Bəzi sənət nümayəndələrindən fərqli olaraq  E. Abdullayev el şənliklərində döyülmədiyini deyib: “Toyda qətiyyən belə şey olmayıb. Dünən biri sipirtli içki ilə gəlib yanımda şəkil çəkdirir. Yanındakı dostunu çağırıb dedim ki, dostuna de, əlindəkini yerə qoysun. Gördüm ki, insan kimi başa düşdü. Əgər sən də pis davransan, onda ya o döyəcək, ya da sən”.

Qaynar.info