Video 10:05 23.04.2020

Azərbaycanlı mühəndislər süni tənəffüs aparatı hazırladılar (VİDEO)

Azərbaycanlı gənc mühəndislər koronavirusla mübarizə məqsədilə yeni süni tənəffüs aparatı hazırlayıblar.

Baku.Tv xəbər verir ki, təcili tibbi yardım avtomobillərində, hətta xəstəxanalarda da istifadə oluna biləcək bu aparat rəsmi qurumlar tərəfindən təsdiq olunandan sonra tibb müəssisələrinə veriləcək.

Hazırda üç nəfərlik komanda gün ərzində beş ədəd süni tənəffüs aparatı hazırlamaq gücündədir.

Bundan əlavə, gənc mühəndislər gündəlik istifadə etdiyimiz əşyaları viruslardan təmizləyən cihaz da hazırlayıblar. Hər iki cihaz test olunub, istifadəyə hazırdır. 

Ətraflı video materialı təqdim edirik: