İdman 16:19 20.02.2014

Azərbaycanlı olimpiya çempionu milli komandadan imtina etdi - QALMAQAL


Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib.

Bu barədə apasport.az saytına 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.
 
O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.
 
Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub.

Qaynar.info