Ölkə 21:52 04.09.2017

Azərbaycanlı ovçular Antarktidada ağ ayı axtarır (VİDEO)

Antarktidada ağ ayı, Yaponiyada balina, amazonda anakonda axtarışında olan həmyerlilərimiz Asif İlyasov və Faiq Babanlı bu dəfə də Peru cəngəlliklərində ovda olublar. Səfərlərini videoya çəkən müsahiblərimizin bu dəfəki ov macəraları xeyli maraqlı görüntülərlə yadda qalıb.

Görüntülər heç bir filmdən götürülməyib. Nə də ki, peşəkar rejissor və opearatorun sənədli filmidir. Azərbaycanlı ovçuların ov macəralarının bu görüntüləri görənləri heyrətə salır.

İllərlədir ki ovçuluqla məşğul olan Faiq Babanlı və Asif İlyasov dünyanın 74 ölkəsində yüzlərlə yırtıcı heyvan ovlayıb. Onların ən təhlükəli ovu isə Amazon meşələrinin insan ayağı dəyməyən yerlərinə son səfərləri zamanı olub.

Bir-birindən təhlükəli yollardan keçən ovçular bu macəraları lentə alaraq sənədli film hazırlayıblar. Hər an ölüm riskinin olduğu bu səfərdə ən təhlükəli an isə Faiq Babanlının qayığının onlarla timsahın arasında batdığı zaman yaşanıb.

Müsahiblərim deyirlər ki, dünyanın əksər ölkələrində azərbaycanlı ovçuları işlərinin peşəkarları kimi tanıyırlar. Onların növbəti səfərdə məqsədləri isə dünyanın ən böyük anakondasını tutmaqla rekorda imza atmaqdır.

Asif İlyasov və Faiq Babanlıını növbəti səfəri Afrikayadır. Onlar orda da ginnesin rekordlar kitabına düşən dünyanın ən böyük iki timsahının axtarışında olacaqlar. Əlbəttə, bu timsahları ovlamaq üçün deyil, sadəcə onları tutub rekordun yenilənib-yenilənmədiyini öyrənmək üçün. Hətta bununla bağlı Zambiya ölkəsindən onlara dəvət də gəlib.

Qaynarinfo.Az

Mənbə: Xəzər TV