Ölkə 11:43 29.05.2020

Azərbaycanlı politoqun anası koronavirusdan vəfat etdi

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoyun anası Zöhrə Cəfərsoy koronavirusdan vəfat edib.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Nazim Cəfərsoyun yaxın dostu, politoloq Araz Aslanlı məlumat verib.

Qeyd edək ki,  Zöhrə Cəfərsoy həm də Supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun anasıdır. Anar Cəfərsoyun özü də COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alır.