Azərbaycan vətəndaşı olan xanım "Xarkov" aeroportunda onu inzibati məsuliyyətə cəlb etməmələri üçün sərhədçilərə 25 dollar təklif edib.
Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Sərhəd Xidməti Şərq regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sərhədçilər rüşvətdən imtina ediblər və bu faktı sənədləşdirərək materialı hüquq-mühafizə orqanlarına veriblər.
Qeyd edək ki, saxlanılan Azərbaycan vətəndaşının adı açıqlanmır.
Qaynarinfo.Az
Şərhlər