Video 20:00 27.03.2018

Azərbaycanlı qız idmançı erməniyə qalib gəldi (VİDEO)

Azərbaycanlı karateçi Gülay İbrahimli 24-25 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə WKF Karate üzrə keçirilmiş beynəlxalq turnirdə çempion olub.

Oxu.Az xəbər verir ki, turnirdə 17 ölkə idmançıları iştirak edib. 

12-13 yaşlılar arasında -47 kq çəki dərəcəsində mübarizə aparan Gülay keçirdiyi üç döyüşün birində erməni idmançısı Kima Norsoyan ilə üzləşib. O, Norsoyan və digər iki rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Gülay İbrahimli Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun qızıdır.