Video 19:22 22.04.2019

Azərbaycanlı qızların möhtəşəm himn ifası (VİDEO)

Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy” beynəlxalq turnirində baş mükafatın sahibi olan gənclərdən ibarət yığma komandamızın qələbədən sonra Azərbaycan himnini ifa etməsinin görüntüləri yayılıb.

Mükafatlandırma mərasimi zamanı qızlarla yanaşı, bütün zal Azərbaycan himnini ifa edib.

Xatırladaq ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana ƏkbərovaFəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb.

Təmsilçilərimiz beş lentlə yarışlarda isə ikinci yeri tutublar. Onların çıxışları münsiflər heyəti tərəfindən 18.350 xalla qiymətləndirilib.