Video 10:14 10.12.2021

Azərbaycanlı repçi anasına 600 minlik avtomobil hədiyyə etdi (VİDEO)

Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai qeyri-adi addımı ilə medianın diqqətini çəkib.

Qaynarinfo xəbər verir ki, o, anasına "Rolls-Royce Dawn Black Badge" markalı bahalı avtomobil hədiyyə edib. O, bu haqda şəxsi instaqram səhifəsində məlumat verib.

Repçi anasının hər zaman belə bahalı maşın arzuladığını bildirib. Navai sosial şəbəkədə lüks avtomobilin görüntülərini də yayımlayıb. 

Məlumat üçün bildirək ki, "Rolls-Royce Dawn Black Badge"in Rusiya avtomobil bazarındakı qiyməti 27 milyon 300 min rubldan (təxminən 630 min AZN) başlayır.