Video 10:46 26.08.2020

Azərbaycanlı rəqqasənin maşınına hücum etdilər (VİDEO)

Rəqqasə Aytən Əliyevanın avtomobilinə hücum ediblər.

Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, hadisə bağ evinin qarşısında baş verib.

Aytən oğrunun avtomobilin şüşələrini sındırdığını deyib:

"Maşının təhlükəsizlik siqnalı işləyib. Ona görə də heç nə götürə bilməyib. Şüşələri sındırıb, əlləri qırılsın".