Ölkə 14:36 25.01.2014

Azərbaycanlı rəssamın 4.5 milyonluq əsəri - FOTO


Əsər “Dinlər tarixi” adlanır

Azərbaycanlı rəssam Nazim Hacıyevın 1 ilə ərsəyə gələn əsəri 4 milyon 500 min avroya satışa çıxarılacaq. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər gün 10 saat çalışaraq 1 ilə bitirdiyi əsər “Dinlər tarixi” adlanır.

Çikaqo, İsveç, Finlandiya, Almaniya, Rusiya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyası olan rəssam 1997-ci ildə tamamladığı əsərində 5 dinin özəllikləri, müqəddəs yerlərini və yaşam tərzlərini  əks etdirib.


Qaynar.info