Sənət 11:25 27.11.2021

Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari Belçikanın 2021-ci ilin nüfuzlu Beynəlxalq IWA "Bogdani” mükafatına layiq görülüb.

Bu barədə Qaynarinfo-ya şair özü məlumat verib.

O bildirib ki, Beynəlxalq "Bogdani” mükafatı hər il noyabrın 27-də Belçikada və Priştinada keçirilir.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir. İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları tərcümə olunaraq işıqlandırılıb.