Maqazin 16:59 05.09.2020

Azərbaycanlı stilist Paris Hiltonla işləyəcək

Stilist Anar Ağakişey uzun müddətdir Türkiyədədir.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, stilist haqda türk mediasında məqalə dərc olunub. Bildirilib ki, Ağakişiyev yaxın dostu, müğənni Demet Akalının istəyi ilə İstanbulda yaşayacaq.

Yazıda daha sonra Anarın yeni marka hazırladığı vurğulanıb. Yeni ildə təqdim ediləcək markanın siması dünyaca məşhur ulduz Paris Hilton olacaq.