Ölkə 19:32 11.09.2017

Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdır

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qafiləsi sabah Vətənə qayıdacaq.

Yerli KİV-in Qafqaz Müsəlmanları İdarəsinə istinadən məlumatına görə, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.

Sentyabrın 12-də ilk zəvvar qafiləsini gətirəcək təyyarə yola çıxacaq.

Həmin təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq.

Sabah hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək.

Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il kvota 600 nəfər nəzərdə tutulmuşdu. Amma Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Bununla belə, bu il zəvvarların sayı ötən ildəkindən azdır. Belə ki, 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub.

Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.

Qaynarinfo.Az