Video 22:18 20.08.2018

Azərbaycanlılar qadınların içki içməsinə necə baxırlar? (VİDEO)

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki süfrəsində olan görüntüləri yayılıb.

Həmin videoda ifaçının bir neçə bəylə içki içməsi və masadakı bəylərin söyüş söyməsi yer alır. Bu, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qısa zamanda müğənninin sənət dostları onun yanında olduqlarını dilə gətiriblər.

Baku TV mövzunun aktuallığını nəzərə alaraq, "Qadınların içki içməsinə necə baxırsınız?” sualı ilə şəhər sakinlərinə müraciət edib. 

Respondentlərin cavablarını təqdim edirik: