Video 19:56 02.06.2019

Azərbaycanlıların iştirakı ilə aksiya: "Bizi mollalardan xilas edin” (VİDEO)

Aralarında azərbaycanlıların da olduğu yüzlərlə İran vətəndaşı hazırda Almaniyanın paytaxtı Berlində ”Bizi mollalardan xilas edin” adı altında İrandakı hakimiyyət əleyhinə etiraz askiyası keçirir. 

Qaynarinfo Azeuronews.com-a istinadən xəbər verir ki, Berlinin məşhur "Bradenburq qapısı” önünə toplaşan 50-dən çox etirazçı İran İslam Respublikasındakı hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Onların sözlərinə görə, hazırda İran həbsxanalarında yüzlərlə siyasi məhbus var.

Aktivistlər İrandakı mövcud rejim tərəfindən həbs edilib daha sonra edam olunan İran vətəndaşlarının şəkilləri olan plakatları da "Bradenburq qapısı” önünə asıblar.

Onlar bildiriblər ki, rejimin əlindən hər ay yüzlərlə İran vətəndaşı qaçaraq Avropa ölkələrindən sığınacaq istəyir. 

Ancaq Almaniya kimi bir çox Avropa ölkəsi onların sığınacaq istəyini rədd edərək geri – İrana deportasiya edir. 

Aksiyada Almaniya Miqrasiya və Qaçqınların işi üzrə Federal İdarə  (BAMF) məmurlarından onların işlərinə düzgün baxılması tələb edilib.