Azərbaycanlının Rusiyada çəkildiyi klip 1 günə milyon baxış topladı (VİDEO)

Azərbaycanlının Rusiyada çəkildiyi klip 1 günə milyon baxış topladı (VİDEO)

Məşhur rusiyalı ifaçı Anna Semenoviç özünün "Xoçeş" mahnısına azərbaycanlı, Rusiyada fəaliyyət göstərən "RUDN University" ŞHK komandasının iştirakçısı Şövqi Əhədovu çəkib.

Qaynarinfo sputnik.az-a istinadən məlumatına görə, onun bu çarxı qısa müddətdə YouTube sosial şəbəkəsində bir milyona qədər izləyici toplayıb.

"Urra, mənim yeni klipim bir sutkaya 1 milyon baxış toplayıb. İşimizin xoşunuza gəlməsi mənim üçün çox xoşdur. Mən sizi sevindirməyi necə də həyəcanla gözləyirdim. Ona görə də 17 saatlıq çəkiliş gününə tab gətirdim. Bütün dostlarıma minnətdaram" - Semenoviç yazıb.

Klipdə baş rolları Anna Semenoviç, Roza Syabitova, Stas Dujnikov və Şövqü Əhədov ifa edib.

Anna Semenoviç rusiyalı aktrisa, teleaparıcı, estrada müğənnisi və "Blestyaşiye" pop qrupunun keçmiş solistidir.

Şövqi Əhədov Bakıda doğulub-böyüyüb. Lakin hazırda Moskvada yaşayır və işləyir. O, ŞHK-da iştirak etməklə yanaşı öz bloqunu da idarə edir. Orada müxtəlif problemlərə toxunan yumoristik çarxlar yayımlayır. O, bütün bunlarla yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR