Ekonomiks 10:40 27.01.2022

"Azeri Light" neftinin qiyməti yenidən 94 dollara çatdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,68 ABŞ dolları və ya 2,94% artaraq 93,84 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 89,24 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.