Video 20:37 02.03.2021

"Azəriqaz" İB Od çərşənbəsində 112 ailəni təbii qazla təmin etdi (VİDEO)

"Azəriqaz" İB Nizami rayonu C.Naxçıvanski küçəsi 486 ünvanında qazlaşdırmanı yekunlaşdıraraq sakinləri təbii qazla təmin edib.
 
Bu barədə Qaynarinfo-ya "Azəriqaz" İB-dən məlumat verilib.
 
Altı aydır ki qaz çəkilişləri icra olunan yataqxana tipli binada 112 ailə yaşayır. Artıq işlər tamamlanıb, qaz xətləri çəkilib, hər bir mənzilə qaz sayğacı quraşdırılıb.