Ekonomiks 13:24 24.01.2022

"Azəriqaz" Mingəçevirdə sahibkarlarla görüş keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi "Açıq mikrofon” aksiyası çərçivəsində Mingəçevir şəhərində sahibkarlarla görüş keçirəcək.

Bu barədə Qaynarinfo-ya qurumdan bildirilib.

Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Mingəçevir şəhərinin Nəriman Nərimanov prospektində, Gənclər evinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. "Səyyam qəbul otağı" yanvarın 26-da saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.