Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə "Səyyar qəbul otağ”ı Cəlilabad rayonunda (Cavadxan küçəsində) təşkil olunacaq.
Oktyabrın 26-ı saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Şərhlər