"Azərişıq" ASC artıq neçə illərdir ki, işini havaların dəyişməsinə görə qurmur".
Bu sözləri Qaynarinfo-nun sorğusuna açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Qurum rəsmisi bildirib ki, "Azərişıq" ASC qış mövsümünə hazırdı, yenidənqurma işləri mütəmadi şəkildə aparılır:
"Düzü, 5-10 il əvvəl payız-qış mövsümünə hazırlıq vardı. Artıq 24 saat istehlakçılar fasiləsiz işıqla təmin edilir. Bununla əlaqədar olaraq tədbirlər planımız var. Əvvəllər qışa görə narahat olunurdu. İndi isə elə yerlər var ki, yayda qışdan daha çox işıq sərfiyyatı olur. "Azərişıq"ın regionlarda apardığı yenidənqurma işləri bütün istehlakçıların vaxtı-vaxtında davamlı və keyfiyyətli enerji ilə təmin olunması üçündür. Bu işlər də mütəmadi olaraq davam etdirilir. Elə bir region yoxdu ki, orada yenidənqurma işləri aparılmasın.
Hazırda səfərdə olduğumuz Şimal-qərb bölgəsində yarımstansiyalar inşa olunur, elektirk xətləri çəkilib, köhnə dayaqlar yeniləri ilə əvəzlənir və bu işlər davam etdirilir.
Şimal, Mərkəzi Aran, Qərb, Cənub bölgələrində də hazırda yenidənqurma işləri davam etdirilir, hər bir ərazidə yarımstansiyalar inşa olunub. Həmçinin Bakı şəhəri və ətraf kənd, qəsəbələrində də işlər gedir. İlin əvvəlindən verilən materiallar, ayrılan elektrik veriliş xətlər , xüsusilə kabellərin hava şəraitinə davamlılığı, hər biri sistemləşdirilib. Bu haqda çox danışmaq olar, ümumi məlumat verdim ki, aparılan işlər bütün əraziləri əhatə edir".
Röya Kərimli
Qaynarinfo
Şərhlər