Ekonomiks 22:36 02.06.2019

“Azərişıq”da rəislərin yeri dəyişdi

"Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

Oxu.az-ın məlumatına görə, ASC-nin qərb regionunda fəaliyyət göstərən rəislərin yerləri dəyişdirilib.

Şəmkir rayon elektrik şəbəkəsinin rəisi Vaqif Məmmədov Göygöl rayonuna, Qazax rayonun rəisi Elşad Məmmədov Ağstafa rayonuna təyin edilib. Eyni zamanda, Ağıstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif Məmmədov Gədəbəyə, həmin rayonun rəisi  Akif Səlimov Qazax rayonuna rəis vəzifəsinə təyinat alıb.

ASC-nin Samux və Daşkəsən rayonları üzrə rəislərinin də yerdəyişməsi edilib.