Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt” MMC 1 dekabr 2021-ci tarixindən etibarən bəzi maliyyə xidmətlərində dəyişiklik edib.
MMC-dən "APA-Economics"ə verilən məlumata görə, "Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə müvafiq olaraq "Universal poçt rabitəsi xidmətləri” istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.
Yeni qərara əsasən artıq poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz həyata keçirilir. Eyni zamanda ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi aşağı endirilərək 1% təşkil edib və qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.
Qeyd edək ki, "Azərpoçt”un tabeliyində olan poçt məntəqələrində cari hesabın açılması ilə yanaşı, hesab üzrə qalıq və hesab üzrə dövriyyə barədə elektron çıxarış pulsuzdur.
Şərhlər