Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib. Qaynarinfo xəbər verir ki, "Azərreyl” komandası mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
Famil Ağayevin rəhbərlik etdiyi kollektiv buna IX turda ən yaxın izləyicisi "Abşeron”u 3:1 hesabı ilə üstələməklə nail olub. Bu qələbədən sonra xalını 27-yə çatdıran paytaxt təmsilçisi 16 xala malik rəqibi üçün əlçatmaza çevrilib.
Şərhlər