İdman 21:31 06.05.2013

“Azərreyl”-ə yeni baş məşqçi gəlir

“Azərreyl”in də yeni baş məşqçisi müəyyənləşib. 

Azerisport.az xəbər verir ki, klub rəhbərliyi italiyalı məqşçi Covanni Kaprara ilə rəsmi müqavilə imzalayıb.

Təcrübəli mütəxəssis ən azı 2 il Bakıda çalışacaq. Ona həyat yoldaşı və köməkçisi - rusiyalı İrina Kirilova yardım edəcək. Kaprara bu postda həmyerlisi Alessandro Kyappinini əvəzləyəcək.

Xatırladaq ki, komandanın uğursuzluğa düçar olmasından sonra rəhbərlik italyan çalışdırıcını heyətdən uzaqlaşdırmışdı. Çempionatın son bir neçə turunda "qırmızı-qaralar"ı oyuna Aleksandr Çervyakov çıxarıb. Qeyd edək ki, məşhur ailə əslində yeni yaradılacaq komandada işləyəcək. Daha dəqiq, "Azərreyl"in adı dəyişdirilərək "Azəryol"la əvəzlənəcək. Birincilərin isə daha gənc oyunçulardan təşkil ediləcəyi bildirirlir.

Qaynar.info