“Azərsun"un əməkdaşları ilan tutmağı öyrənir (FOTO)

“Azərsun"un əməkdaşları ilan tutmağı öyrənir (FOTO)

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən “Azərsun Holding” şirkətinin baytar əməkdaşlarına serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərə başlanılıb.

Zoologiya İnstitutundan "Qaynarinfo"ya verilən məlumata görə, instititun əməkdaşı, b.ü.f.d. Təvəkkül Muxtar oğlu İsgəndərov tərəfindən “Azərsun Holding”in  baytar əməkdaşlarına təlim keçirilib. 

Qeyd edək ki, ilanlarla bağlı xidmət sahəsi serpentoloji xidmət adlanır. Serpentologiya latın sözü olub, “serpento”,  yəni ilan sözündən götürülmüşdür.

Hər il yaz-yay mövsümündə ilanların təbiətdə fəallığının artması, digər tərəfdən insanların təsərrüfat işləri və istirahətləri ilə bağlı ərazilərə səfərlərinin intensivləşməsi ilanlar ilə rastlaşma və ilansancma hallarının artmasına səbəb olur. Ona görə də hər zaman əhalinin təhlükəsizliyini təmin etmək üçün ilanlara nəzarət edilməsinə, insan olan ərazilərin ilanlardan təmizlənməsinə ehtiyac yaranır. Bunu nəzərə alaraq ilanlar ilə bağlı xidmətin göstərilməsi üçün bu sahədə xüsusi bacarığı  və təcrübəsi olan mütəxəssislərin olması çox vacibdir.

Təəssüf ki, Respublikada serpentologiya və serpentoloji xidmətlər üzrə mütəxəssis hazırlayan xüsusi qurum yoxdur. Bunu nəzərə alaraq AMEA Zoologiya İnstitutu tərəfindən fiziki və hüquqi şəxslərə serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərin keçirilməsinə başlanıldı. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olmaqla dinləyicilərə ilanlar haqqında elm sahəsi olan serpentologiya, habelə ilanlarla bağlı (ilanların ərazidən təmizlənməsi, ilan təhlükəsizliyi üzrə  profilaktik tədbirlərin həyata keçirilməsi və s. ) ayrıca serpentoloji xidmətin göstərilməsi  haqqında təlimlərdən ibarətdir. Təlimi mənimsəyən mütəxəssislər sonda serpentoloji xidmətləri həyata keçirtmək üçün AMEA Zoologiya İnstitutunun sertifikatı ilə təmin edilir.

Qaynarinfo.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR