Ölkə 14:58 09.04.2021

“Azərsun”u tərifləyəsi deyiləm, onlar..." - Vahid Məhərrəmov

"Azərsun”un ən böyük xətası ondan ibarətdir ki, o bir sıra emal müəssisələrini inhisara alıb, qiyməti diqtə edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov günbəgün market və mağazalarda "Azərsun”un istehsalı olan ərzaq məhsullarının artan qiymətindən danışarkən deyib. Ekspert ölkədə xammal istehsalının kəskin şəkildə aşağı düşdüyünü qeyd edib:

 "Azərsun” xammalı xarici ölkələrdən alır. Xammalın daşınmasında dizel yanacağından istifadə olunur. Həm də "Azərsun” əvvəlki illərə nisbətən xammalı daha baha qiymətə alır. Biz bununla bağlı araşdırma aparmışıq. Xammalın qiyməti 45 %, ölkə daxilində xammalı daşıyan maşınların dizel yanacağının qiyməti və benzinin qiyməti bahalaşıb. Bundan əlavə ola bilsin ki, işçilərin də bahalaşma ilə əlaqədar əmək haqqı qalxıb. Ölkə daxilində və xaricdəki xammalın qiymətinin artması bir başa "Azərsun”un emal müəssisəsinin istehsal etdiyi məhsulun qiymətini qaldırır. Şəkərin qiyməti 11 % bahalaşıb və yenə də bahalaşacaq. Ona görə ki, "Azərsun” xammal istehsal edə bilmir və ölkə daxilində xammal istehsalı kəskin şəkildə aşağı düşüb”.
 
 

Vahid Məhərrəmov "Azərsun”un xammal istehsal edə bilmədiyinə xüsusi diqqət çəkib:

"Ölkə daxilində "Azərsun” üçün xammal istehsalı kifayət qədər deyil. Ona görə də "Azərsun” xaricdən idxal edir. Amma bu bir faktdır ki, bəzi hallarda "Azərsun”un istehsal etdiyi məhsul xaricdən idxal olunan məhsulun qiymətindən yüksəkdir. O da xərcin yüksək olması ilə bağlıdır. Mən "Azərsun”u tərifləyəsi deyiləm, onlar inhisarçıdırlar”.
Bahar Rüstəmli