İdman 23:37 21.11.2014

Azәrbaycan futbolunda fövqәladә vәziyyәt - TӘCİLİ TOPLANTI

Bu gün PFL-in prezidenti Ramin Musayev otәn tur Azәrbaycan cempionatinda bas verәn xosagәlmәz olsylarla bagli fövqəladə iclas çağırib.

Qaynar.info xәbәr verir ki, bu haqda “futbolpress.az”a PFL-in prezidenti özü açıqlama verib. 

Qurum rəhbəri təcili iclas keçirməyinə səbəb Azərbaycan Premyer Liqasının son turunun oyunlarında baş verən hakim səhvləri ilə bağlı olduğunu deyib: “Toplantı keçirməyimizə səbəb son turda baş verən hakim səhvləridi. Bir sıra klublar oyunların idarəçiliyindən narazı idi. Bu etirazlar tam doğru idi. Buna görə də, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan tələb elədim ki, Premyer Liqa hakimlərini toplasın. Bütün mübahisəli məsələlər müzakirə olundu. Toplantıda heç kəsi cəzalandırmasaq da, bütün hakimlərə ciddi xəbərdarlıq olundu. Belə səhvlər təkrar olunarsa, mütləq müəyyən ölçü götürüləcək. Səhvlərə görə təkcə hakimlər yox, həm də Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov cavabdehdi. Biz – AFFA rəhbəri Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Hakimlər Komitəsi bu qədər zəhmət çəkirsə, yenə hakim səhv edirsə, deməli nəsə problem var. Zəhmətimiz hədər gedir. Buna görə də rəhbərin işçiləri ilə çox çalışması lazımdı. Bunu toplantıda da tələb elədim. Gənc hakimlərdi, səhv edirlər. Amma bütün səhvlərini onlara göstərmək, təkrarları onları göstərmək və məşqlər keçirmək lazımdı. Hər bir epizod müzakirə olunmalıdı”. 


Qaynar.info