Sənət 11:04 19.04.2014

AzTV-də Zəlimxan Yaqubu kiminlə səhv saldılar?


Ötən axşam “İdman Azərbaycan” kanalının canlı yayımında maraqlı hadisə baş verib. AzNews.az xəbər verir ki, efirdə “MMA” qaydasız döyüş turniri yayımlanan zaman şərhçi Siyavuş Əliyev Rusiyanı təmsil edən Zelimxan Yusipovla həmyerlimiz Heydər Məmmədəliyevin döyüşündə rəqib idmançını səhv təqdim edib. S. Əliyev Zelimxan Yusipovu Azərbaycanın xalq şairi Zəlimxan Yaqub kimi elan edib. Azərbaycanlı tamaşaçılar bunu gülüşlə qarşılayıblar.

Qeyd edək ki, həmin döyüşdə həmyerlimiz Heydər Məmmədəliyev qalib gəlib.

Qaynar.info