Video 16:44 09.07.2019

Azyaşlıları çimərliyə nəzarətsiz buraxanlar: “Qorxmuram, burda nə var ki?” (VİDEO)

Səma günəşli, amma dəniz küləkli. Bu vəziyyətdə neynəmək lazımdı? Dənizə girməmək. Bəziləri nəinki dənizə girir, hələ üstəlik azyaşlı övladını küləyə məhəl qoymadan dənizə buraxır.

Məsələ ilə bağlı bəzi çimərliklərə üz tutan ARB TV-nin əməkdaşları bəzi sakinlərdən bunun səbəbini soruşaq qərarına gəliblər.

Sorğu - Azyaşlı: "Sudan qorxmuram. Nə var ki, sudu da, üzürsən çıxırsan”.

Azyaşlı: "Bizim kruqumuz var deyə uzağa gedirik”.

Azyaşlı: "Mən qorxmuram üzməkdən, suda balinalar yoxdu, uzağa getməkdən də qorxmuram”.

Xilasedici: "Valideyinlərinə xəbardarlıq olunur, plakatlar basdırılır, nəzarətsiz qoyurlar”.

2018-ci il ərzində 304, 2019-cu ilin geridə qalan müddətində isə 79 nəfər Xəzərin qurbanı, yox özünün Xəzərdəki qurbanı ola bilərdi. Bəli, əksər hallarda çimərlikdə yaşanan bədbəxt hadisələrin günahkarı elə insanların məsuliyyətsizliyi olur. Bu cür məsuliyyətsiz davranışların qarşısını qismən də olsa ala bilmək üçün Fövqəladə Hallar Nazirliyinin aiddiyatı xidməti fəaliyyətini yay aylarında daha da gücləndirib.

Aqşin Əlili - FHN-nin sularda xilaetmə dövlət xidmətinin mətbuat katibi: "Xidmətin ölkə ərazisində fəaliyyət göstərən 43 struktur bölməsinin balansında olan texnika və vasitələr işlək vəziyyətə gətrilmişdir. Üzmə sərhədlərini müəyyən edən işarələr yerləşdirilmişdir. Çimərliyi istifadə edən əhaliyə maarifləndirilməsi məqsədi ilə maarifləndirici lövhələr qoyulmuşdur”.

Fövqəladə Hallar Nazirliyi bir daha xəbardarlıq edir ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, işarələnmiş yerləri ötüb keçmək, küləkli havada, eləcə də sərxoş vəziyyətdə dənizə girmək, çimərlikdə gecələmək, suda kobud hərəkətlər etmək qəti qadağandır və bunlar insan həyatı üçün birbaşa təhlükə hesab edilir.