Sənət 17:45 10.01.2020

Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Baba Məsimovun (Baba Vəziroğlunun) "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün şair, tərcüməçi, kinodramaturq, Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 65 yaşı tamam olub.