Ölkə 11:43 23.10.2018

Bağbanı tərəfindən bıçaqlanan Əməkdar həkim vəfat etdi

Bu ilin iyun ayında bağbanı tərəfindən bıçaqlanan Əməkdar həkim Arzu Şuşalı vəfat edib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, həkim xəstəxanada müalicə alsa da, aldığı xəsarətdən sonra bir neçə ay yaşaya bilib.  

2018-ci ilin iyulun 16-da Əməkdar həkim Arzu Şuşalı və həyat yoldaşı Dilarə Əhmədova Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 525 saylı bağ evlərində bağbanları tərəfindən bıçaqlanıblar.

Ailə bağbanları İlqar Xancanova onu işdən azad etdiklərini bildirib. Bağban onların qərarın qəbul etməyib və ev sahiblərini bıçaqlayıb. Dilarə Əhmədova hadisə yerində vəfat edib.

Arzu Şuşalı isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən Əməkdar həkim dünən xəstəxanada həyata gözlərini yumub.