Ekonomiks 15:57 13.12.2017

Babayev şirkətini 2 milyarda satışa çıxardı

Əslən azərbaycanlı olan rusiyalı biznesmen İqor Babayev öz biznesini satışa çıxarmağı planlaşdırır.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Kommersant” qəzeti yayıb. "Çerkizovo” şirkətlər qrupunun sahibi olan Babayev bununla bağlı Tailandın "CP Fuds”, eləcə də Vadim Moşkoviçin "Rusaqro” şirkəti ilə danışıqlar aparır. Babayev öz biznesini 2 milyard dollara satmağı planlaşdırır.

Hələlik bütün şirkətlər "Kommersant”ın yaydığı informasiyaya şərh vermirlər.

Qeyd edək ki, "Çerkizovo” şirkətlər qrupu 2016-cı ildə Rusiyanın quşçuluq bazarının 10%-nin, ət emalı bazarının isə 6%-nə nəzarət edib. Bu ilin ilk altı ayı ərzində şirkətin gəliri 12% artaraq 43,3 milyard rubla çatıb.

Babayev əslən dağ yəhudisidir. Onun ümumi sərvəti 480 milyon dollar dəyərindədir.