Ölkə 09:56 01.02.2019

Babək prospektində baş verən qəzanın təfərrüatları (AÇIQLAMA)

Məlum olduğu kimi, dünən axşam saatlarında Babək prospektinin köməkçi yolunda "Mercedes" markalı avtomobil çuxura düşüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Qaynarinfo-ya açıqlamasında bildirib ki, yolda magistral su kəmərində sızma olduğu üçün "Azərsu" tərəfindən qazıntı aparılıb və qəza da bu səbəbdən baş verib:

"Ora Babək prospektinin əsas yolu yox, köməkçi yoludur. Dünən həmin yerdə magistral su kəmərində sızma baş verib. Onun aradan qaldırılması üçün "Azərsu" tərəfindən qazıntı işləri aparılıb. Bildiyim qədərilə qazıntını aparan qurum tərəfindən bütün təhlükəsizlik tədbirləri görülüb. Sadəcə olaraq hansısa qəza baş vermişdi və oranı dağıtmışdılar. İkinci maşın da görməyib və qazılan yerə düşüb".

"Azərsu"dan Qaynarinfo-ya bildirilib ki, işlər normativ qaydalara uyğun şəkildə aparılıb və əvvəlcədən bütün xəbərdarlıq nişanları qoyulub:

"Şəkillərdə görüldüyü kimi bütün xəbərdarlıq nişanları, lent, xəbərdarlıq lövhəsi var. Sadəcə olaraq bir maşın uçurub, sonra gələn Mercedes markalı maşın da ora düşüb".
 
Çingiz Səfərli