Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov "Report"a açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:
"Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".
***14:04
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
Qaynarinfo xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.
Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb (trend).
Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur.
Şərhlər