Ölkə 19:22 16.10.2018

Badamdarda sürüşmə sahəsində xırda uçqunlar baş verir

Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır.

Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.