Ölkə 09:51 14.10.2018

Badamdarda vəziyyət nə yerdədir? - Qərargahın məlumatı

Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaratdığı Qərargahın saat 9:00-a olan məlumatında deyilir.

"Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb", - deyə ETSN-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qərargah üzvlərinin ərazidə növbətçilik əsasında müşahidələr apardığı qeyd edilmişdi.