Foto 16:32 21.12.2018

"Bakcell" yeniliklərə imza atmağa davam edir: wi-fi router, elektron pul kisəsi... (FOTOLAR)

"Bakcell" Şəkidə jurnalistlərə təlim təşkil edib.

Qaynarinfo xəbər verir ki, Marxal hoteldə 4 gün davam edəcək təlim çərçivəsində media nümayəndələrinə telekammunikasiya, dünyada baş vermiş ən son innovativ yenilikər, o cümlədən "Bakcell" mobil yenilikləri barədə məlumatlar veriləcək.

Təlimin ilk günündə Bakcell şirkətinin Məhsulların idarə edilməsi departamentinin rəhbəri Cəlil Xəlilov "Mobil telekommunikasiyaya giriş" mövzusunda çıxış edib. O, internetə çıxış vasitələri haqda geniş söhbət açıb və "Bakcell"in bir neçə ay öncə təqdim etdiyi wi-fi router cihazının özəlliklərindən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Sabit xətlə internetə çıxışı olmayanlar, bu cihazı əldə etməklə, yüksək sürətlə internetə qoşulma imkanı əldə edə bilərlər. 

Daha ətraflı "Bakcell"in rəsmi saytından məlumat ala bilərsiniz.

Təlimçi daha sonra internetdəki video platformalar, günümüzdə bu platformaların yeri və rolu, o cümlədən onlardan istifadə imkanları haqda geniz söz açıb.

Təlimin ikinci hissəsində "Bakcell"in Əlavə dəyər xidmətləri üzrə şöbə rəhbəri Fərəh Allahverdiyeva çıxış edib. O, "Mobil maliyyə xidmətləri" mövzusunda iştirakçıları məlumatlandırıb. Mövzu çərçivəsində hansı istifadəçilərin mobil maliyyə xidmətlərindən istifadə edə biləcəyindən və əsas hədəf auditoriyadan bəhs edib.

Təlimçi qeyd edib ki, bu xidmətdən əsasən bank kartı olmayanlar, ümumilikdə isə hər kəs istifadə edə bilər.

Mobil maliyyə həm də elektron pul kisəsidir. Yəni, əgər bank kartınızda məbləğ roxdursa, bu, sizin üçün elektron pul kisəsi rolunu oynaya bilər. Belə ki, siz elektron pul kisəsi vasitəsilə aşağıdakı xismətlərdən istifadə edə bilərsiniz:

* Hesabın istənilən valyutada saxlanılması
* Hesabın əməliyyat tarixçəsi
* Hesaba pul keçirilmə və çıxarılması 
* Mobil telefon hesabının ödənişləri
* Müxtəlif ödənişlər:TV/İnternet, transport/taxi, əyləncə (biletlər, ödənişli kontentlər, oyun və s.), kommunal ödənişlər, sosial şəbəkə, onlayn alış-veriş və s.
* QR code vasitəsilə ödənişlər
* NFC vasitəsilə ödənişlər
* Elektron kisəsinə aid kart
* Elektron pul köçürmələri (elektron pul kisəsindən elektron pul kisəsinə, elektron pul kisəsindən bank hesabına)
* Loyallıq proqramı

Qeyd edək ki, "Bakcell"in sözügedən xidməti yaxın gələcəkdə istifadəçilərə təqdim olunacaq.