Foto 22:07 15.04.2019

Bakı dairəvi avtomobil yolu yaxınlığında mərmi tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Bakı şəhəri, Qaradağ rayonunda, Xocasən gölü yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Qaynarinfo Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
 
ANAMA mütəxəssisləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Top mərmisinin ətrafında 3,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.