Ölkə 23:00 19.10.2019

Bakı Dövlət Sirkinin yeri dəyişdirilə bilər

Bakı Dövlət Sirkinin yeri dəyişdirilə bilər.

Qaynarinfo  "Cebhe.info"ya istinadən xəbər verir ki, bu məsələni Mədəniyyət Naziri Əbülfəz Qarayev Nazirliyin kollegiya iclasında səsləndirib.

Belə ki, artıq sirkin təmiri və bərpası üçün layihələr hazırlanıb: "Dövlət büdcəsində imkanlar olduğu zaman bu layihələrin həyata keçirilməsinə nail olacağıq. Opera və Balet Teatrının yenidən qurulması və bərpasının layihəsi artıq hazırdır. Eyni zamanda, düşünürük ki, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb".

Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırki binası 1967-ci ildə istifadəyə verilib.