Ölkə 14:45 16.01.2019

Bakı Dövlət Universiteti imtahanları təxirə saldı

Hava şəraiti ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) imtahanların vaxtı dəyişdirilib.

Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib.

Belə ki, sabaha təyin edilən imtahanlar yanvarın 19-na, yanvarın 18-i üçün nəzərdə tutulan imtahanlar isə yanvarın 21-nə keçirilib.