Ekonomiks 13:07 23.07.2013

Bakı kəndlərində qaz olmayacaq

Bu gün Oğuz rayonuna təbii qazın verilməsində fasilələr yaranacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar «Yaqublu» Qazpaylayıcı Stansiyasından Oğuz rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı kəsiləcək.

Qeyd edək ki, bu gün Ağdaş və Quba rayonlarına, Sabunçu rayonunun bir hissəsinə, Xəzər rayonunun Mərdəkan, Şüvəlan və Binə qəsəbələrinə, Abşeron rayonunun Masazır qəsəbəsinə və Xırdalan şəhərinin bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Belə ki, həmin ərazilərdə aparılan təmir işləri ilə əlaqədar olaraq saat 17:00-dək «Quba», saat 18:00-dək «Ağdaş» və «Şəmsabad» Qazpaylayıcı stansiyaları, saat 17:00-dək «Sahil» ölçü qovşağından qidalanan «Sahil» orta təzyiqli qaz kəməri və «Binə» Qazpaylayıcı Stansiyasından Binə qəsəbəsinə gedən qaz kəməri, saat 18:00-dək «Masazır» Qazpaylayıcı Stansiyası, saat 19:00-dək isə «Zabrat II» Qazpaylayıcı Stansiyasından qidalanan Zabrat-Bilgəh orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Qaynar.info